Fəyyaz Qasım oğlu Fərəcov  — Böyük Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı.

Fərəcov Fəyyaz Qasım oğlu

1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu) Qasımlı kəndində anadan olumuşdur. Qədim səlcuqlulardan gələn və əslən Xorasan Türklərindən olan Yerəhmədli nəslindən idi. 

Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən idi.

O, 1941-ci ildə Masallı rayonu Hərbi Komissarlığı tərəfindən sovet ordu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etmişdir. II Dünya müharibəsinin ilk illərində (təxminən 1942-ci ildə) cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə mühasirəyə düşərək alman ordusu tərəfindən əsir götürülmüşdür. Əsirlikdə olarkən Stalino və Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. Krımda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və başından yaralanmışdır. 10 nömrəli SSRİ fərmanına əsasən, 19 noyabr 1944-cü ildə İngilis komandanlığı tərəfindən 2909 nömrəli SSRİ eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır. 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərində işləməyə göndərilmişdir. O, 1947-ci ilin aprel ayınadək mədəndə işləmişdir.

Daha sonra öz doğma kəndinə qayıdır və digər mollalarla yanaşı məsciddə quran dərsi verməyə başlayır. Öz bilik və bacarığını gələcək nəsilə öyrədir. Azərbaycan, rus və ərəb dillərini bilib.

SSRİ Müdafiə Nazirliyi tərəfindən 6 aprel, 1985-ci ildə II dərəcəli Vətən Müharibəsi Ordeninə layiq görülüb.

II dərəcəli Vətən Müharibəsi Ordeni
II dərəcəli Vətən Müharibəsi Ordeni

16 Mart, 1997-ci ildə Azərbaycan Respublikası Dövlət əmlak komitəsinin Masallı rayon şöbəsi, Fərəcov Fəyyaz Qasım oğluna özəlləşdirmə payı verilib.

Uzun sürən xəstəlikdən sonra 19 may, 1998-ci ildə Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndində vəfat edib. Qasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Fərəcov Fəyyaz Qasım oğlunun imzası
Fərəcov Fəyyaz Qasım oğlunun imzası

"Masallıdan qələbəyədək" kitabında

"История, рассказанная народом" kitabında

Ailəsi

Ulu babası: Qacarlı Yarəhməd Nəbi oğlu — 1775-ci ildə Təbriz şəhərində anadan olub. Qədim səlcuqlulardan gələn və əslən xorasan türklərindən olan soydur. Lənkəran qəzasından Qasım Toğrul oğlu Mirzənin obasına gəlib. 25 il İraqın Nəcəf şəhərində oxuyub. Ona görə də həmən nəsil Yerəhmədli adlanır. 1852-ci ildə Lənkəran qəzasının Qasımlı kəndində vəfat edib. (Xorasan Soy kitabı. Xorasan - 1782. 365-472 səh.)

 

Babası: Qacarlı Fərəc Məhəmməd oğlu  — 1813-cü ildə Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olmuşdur. Lənkəran qəzasının ərazi soy kitabında yazılan məlumatlara görə, 1845-1864-cü illərdə Qasımlı kəndindən olan, ərazi Qazisi Qulam səfəvinin köməkçisi olub. Qulam Səfəvi ilə birlikdə 6 il İraqın Nəcəf şəhərində oxuyublar. Onunla bərabər 4 nəfər də gedib. Dindar və bilikli şəxs olub. Türk (Azərbaycan türkcəsi), ərəb və fars dillərini bilib. Babası Qacarlı Yarəhməd Nəbi oğlu, nəvələri: Fərəcov Abuş (Abdul) Gəncəli oğlu (1909-1943), Fərəcov Fəyyaz Qasım oğlu (1921-1998), Fərəcov Sahib Mürsəl oğlu (1923-1944) və başqaları olmuşdur.

O 1894-cü ildə Lənkəran qəzasının Qasımlı kəndində vəfat edib. Allah rəhmət eləsin! (Lənkəran qəzasının ərazi soy kitabı. 1905. 1326 səhifə.)

 

Atası: Məmmədov Qasım Fərəc oğlu

Anası: Xeyrənsə

Uşaqları: Fərzulla, Sünbülə, Sarə, Lalə, Afiq

Nəvələri: Muradov Bəhlul, Fəyyazov MehdiFəyyazov Sadiq